ABŞ–İran qarşıdurması: Xamenei hakimiyyəti təhlükə altındadır?

ABŞ–İran qarşıdurması: Xamenei hakimiyyəti təhlükə altındadır?
09:55

Keçən həftə təyyarə gəmisi USS Abraham Lincolnu Bəhreynə yollayan Tramp çox keçməmiş B-52 bombardıman təyyarələrini də Qətərə yolladı. Bundan əvvəl Pentaqon mümkün İran hücumlarına qarşı bölgədəki ölkələrə Patriot roketləri göndərəcəyini açıqlamış və Bəhreyn, BƏƏ-yə 6 milyard dollarlıq Patriot roketlərini satmışdı. İranın qonşuluğunda yerləşən 11 ölkədə Amerikanın hərbi hissələri və təhlükəsizlik büroları var. İrandan İsrailə atılacaq roketləri əvvəlcədən görmək üçün Malatya Kürəcikdə yerləşən hərbi hissə çox böyük strateji əhəmiyyət daşıyır. ABŞ bu bölgədə baş verəcək bütün hadisələri isə İraqın işğalında olduğu kimi Qətərdəki hərbi hissələrindən nəzarətdə saxlayır. Bəs İrana hücum fonunda Xamenei devriləcək?

Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ və İsrailin İrana qarşı hücumu an məsələsidir:

“Artıq ABŞ Yaxın Şərqə kifayət qədər hərbi əməliyyatlar üçün qüvvələrini yerləşdirib. İsrail də müdafiə və hücum əməliyyatlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Əbu-Dabidə Rusiya -ABŞ və Ukrayna danışıqları nəticəsiz olacaqsa, ABŞ Irana qarşı hücumu reallaşa bilər. ABŞ-İsrailin 12 günlük müharibədən fərqli olaraq əsas hücumu İranın Ali dini rəhbəri və sistemin rəhbər şəxslərini aradan götürmək olacaq. Əgər, İran danışıqlara açıq olduğunu elan etsə, təklifləri qəbul edərsə, hücum olmaya bilər. Demək olar ki, ABŞ İrana hərbi təzyiqləri artırır. Amma, İran rejimi öz mövqeyindən geri çəkilmir. Çin və Rusiyadan silahlar alır. Bir neçə aya kimi nüvə silahı əldə etmək potensialına malikdir. Xüsusilə nüvə silahını Rusiya İrana ötürə bilər.

İran elan edib ki, hücum regional müharibəyə səbəb olar. Həmçinin İsrailə neft ötürən kəmərləri vura bilər.

“Bakı -Ceyhan neft kəməri İsrail-Azərbaycan arasında deyil, Türkiyə -Azərbaycan arasındadır. Ordan Ceyhan limanından istənilən ölkə nefti ala bilər. Azərbaycan İsrailə neft ixrac etmir. Əgər, İran Türkiyə və Azərbaycana qarşı hərbi təxribatlara əl atarsa, İran rejimi devriləcək. Həmçinin Azərbaycan və Türkiyə Cənubi Azərbaycana ordu yeridə bilər. Qeyd edim ki, İrana təhlükə İraq və körfəz ölkələrinin ərazisindəndir. Azərbaycan və Türkiyə daima İrana qarşı hərbi müdaxilənin əleyhinə olub”, – politoloq yekunlaşdırıb./// NOCOMMENT


Sizin reklam burada
Sizin reklam burada