ABŞ və Çin Londonda danışıqlara başladı

ABŞ və Çin Londonda danışıqlara başladı
09 İyn 2025 19:15

ABŞ və Çin nümayəndə heyətləri Londonda ticarət danışıqlarının ikinci raunduna başlayıblar.


News365.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.


Danışıqların başladığını Çinin “Sinxua” agentliyi də təsdiqləyib.


Çin tərəfini Baş nazirin müavini He Lifen təmsil edir. ABŞ nümayəndə heyətinə isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymson Qrir daxildir.


Qeyd edək ki, ABŞ və Çin arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi 10-11 may tarixlərində Cenevrədə keçirilmiş görüşlərin nəticəsində yaradılıb


Sizin reklam burada
Sizin reklam burada