ABŞ Şimali Nigeriyaya daha 100 hərbçi göndərir.
News365.az xəbər verir ki, bölgəyə əlavə olaraq 100 amerikalı hərbçi göndərilib.
Yeni kontingent əsasən təhlükəsizlik, kəşfiyyat və logistika dəstəyi funksiyalarını yerinə yetirəcək.
Şimali Nigeriya uzun müddətdir terror təhlükəsi və silahlı hücumlarla üzləşir.
Ekspertlər hesab edirlər ki, əlavə qüvvələrin yerləşdirilməsi bölgədə təhlükəsizlik imkanlarını artırmaq və vəziyyətə nəzarəti gücləndirmək məqsədi daşıyır.