ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcı təyyarəsi "Ehime" prefekturasının Matsuyama hava limanına təcili eniş edib. Bu barədə Ehime Online portalı məlumat yayıb.
“Aeroport administrasiyasının məlumatına görə, səbəb yanacaq çatışmazlığı olub”, - məlumatda deyilir.
Nəticədə Osakadan uçan mülki təyyarənin pilotları yerə enmək üçün 13 dəqiqə gözləməli olublar.
Tural