Bu il Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti martın 7-yə qədər uzadılıb. Qafqaz Müsəlmanları İdarəsindın (QMİ) bildirilir ki, bu qərar əsasən bir neçə səbəbdən verilib. Xaricdə yaşayan azərbaycanlıların və bölgələrdə yaşayanların çoxsaylı müraciətlərinə əsasən müddətin uzadılması qərarına gəlinib. Halbuki buna qədər son sənəd qəbulunun müddəti fevralın 15-nə qədər idi.
Maraqlıdır, xaricdə yaşayan soydaşlarımız niyə Azərbaycandan ziyarətə getməyə üstünlük verirlər?
Məsələ burasındadır ki, oradakı Həcc kvotaları və sənəd prosedurları fərqli olduğu üçün, xaricdə yaşayanlar Azərbaycandan getməyə üstünlük verirlər. Həmçinin daha rahat və vahid sistemlə təşkil olunur. Zəvvarlar özləri etiraf edirlər ki, doğma ölkədən, qohum-əqrabası arasında xeyir-dua ilə həccə getmək daha arzuolunandır.
Hazırkı məlumata görə, Azərbaycan üçün ayrılan Həcc kvotasının təxminən 70 %-i artıq doldurulub.
Martın 7-ə qədər müraciətlər nəticəsində artım olacaq. QMİ son müraciətlər toplandıqdan sonra dəqiq zəvvar sayını açıqlayacaq.
Xatırladaq ki, bu il üçün Həcc ziyarətinin bir zəvvar üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dollardır. Ötən ildə isə qiymət 5950 dollar idi.