ABŞ-İran danışıqları ekspert qruplarının məsləhətləşmələri ilə paralel aparılacaq

ABŞ-İran danışıqları ekspert qruplarının məsləhətləşmələri ilə paralel aparılacaq
11 May 2025 17:15

ABŞ-İran danışıqlarının dördüncü raundu texniki məsləhətləşmələrə paralel olaraq keçiriləcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

Bəqayi deyib ki, iki ölkənin nümayəndə heyətləri Tehranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını da müzakirə edəcəklər.

Onun sözlərinə görə, İranın texniki qrupun ekspertlərindən ibarət nümayəndə heyəti danışıqlar zamanı lazımi məsləhətləşmələr aparmaq üçün Maskatdadır.

Bəqayi qeyd edib ki, Maskatda danışıqlar yerli vaxtla günorta saatlarında başlayacaq. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçi artıq Omana uçub.


Sizin reklam burada
Sizin reklam burada