ABŞ Filippinə əlavə müasir raket sistemləri və pilotsuz uçuş aparatları göndərəcək.
News365.az xəbər verir ki, bu barədə Manilada keçirilən danışıqlardan sonra yayımlanan birgə bəyanatda bildirilib.
Bəyanata əsasən, tərəflər ABŞ-a məxsus qabaqcıl silah sistemlərinin Filippinlərdə yerləşdirilməsinin genişləndirilməsi barədə razılığa gəliblər.
Addımın regional təhlükəsizliyin gücləndirilməsi və hərbi əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıdığı vurğulanır.