Serbiya prezidenti Aleksandar Vucic diqqət çəkən açıqlamalar verib.
O, BSC happy portalına müsahibəsində bildirib ki, ABŞ-də keçirilən prezident seçkiləri sülh və ya müharibənin davamını gətirəcək. Ümumilikdə isə seçkilərin nəticəsi Üçüncü Dünya Müharibəsinə çevrilə bilər.
“Ola bilər ki, bu seçki sülh gətirəcək və ya müharibənin davamı olacaq ki, bu da bizi 3-cü Dünya Müharibəsinə aparacaq", - o qeyd edib.
Vuçiçin sözlərinə görə, o, bu seçkilərdə konkret kimin qalib gələcəyinə əmin deyil, çünki fərq azdır.
"Tramp son üç gündə Kamala Harrisdən daha yaxşı, çox uğurlu kampaniya apardı. Məncə, o, işlərini daha yaxşı qurub. Onun kifayət qədər üstünlüyü olub-olmamasından asılı olmayaraq, yenə də Trampın qələbəyə bir az daha yaxın olduğunu düşünürəm. Amma mən əminəm ki, Kamala daha çox səsə sahib olacaq”, - Serbiya prezidenti qeyd edib.
Tural