ABŞ-nin Texas ştatının San-Antonio şəhərində mənzildə barikada quran şəxs polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.
News365.az xəbər verir ki, bu barədə polisə istinadən "CBS News" telekanalı məlumat yayıb.
"San-Antonioda çağırışa gedən dörd polis əməkdaşı barikada quran şəxs tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb", - məlumatda bildirilib.
İntihar cəhdi barədə məlumat polisə daxil olduqdan sonra hüquq-mühafizə orqanları hadisə yerinə yollanıblar. Bu zaman mənzildə atışma baş verib. Məlumata görə, yaralanan polislər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.
Son məlumata görə, şübhəli şəxs hələ də mənzildə barrikada qurub.