ABŞ-da yanğınsöndürənlərə silahlı hücum edilib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, Aydahonun Coeur d’Alene şəhərində kolluq yanğına müdaxilə edən yanğınsöndürənlərə silahlı şəxs atəş açıb.
Hadisə nəticəsində bir nəfər ölüb, biri isə ağır yaralanıb.
Silahlı şəxs sonradan evin içində ölü tapılıb.
Araşdırmalar davam edir.