ABŞ-da qeyd olunan Şükran Günü ərəfəsində Ağ Evdə məşhur ənənələrdən olan “hinduşkanın əfvi” mərasimi keçirilib.
News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mərasimi Ağ Evin qazonunda qonaqların, jurnalistlərin və Milli Hindquşu Əti İstehsalçıları nümayəndələrinin iştirakı ilə keçirib.
Diqqət mərkəzində iki quş — Şimali Karolinada yetişdirilmiş və xüsusi olaraq bu tədbir üçün hazırlanmış Qobbl və Vaddl olub. Hər iki hinduşkanın çəkisi 50 funtdan (təxminən 22,6 kq) çoxdur və onlar prezident əfvinə təqdim olunan ən iri quşlar sırasına daxildir.
Qısa çıxışdan sonra Tramp ənənəyə uyğun olaraq Qobbl və Vaddlın əfv edildiyini açıqlayıb. Quşlar ömürlərinin qalan hissəsini xüsusi quşxanada keçirəcəklər.
Qeyd edək ki, bu mərasim 1940-cı illərdən mövcuddur, illik formata isə 1989-cu ildə Corc Buş (ata) tərəfindən salınıb.