Qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may və iyun ayında keçiriləcək. Amma hələki konkret tarixlər məlum deyil.
Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, aprel ayının ikinci yarısında dəqiq tarixlər məlum olacaq:
"Aprel ayının 17-dən etibarən qeydiyyat prosesinə start verilir. Həmin tarixdə də biz konkret tarixlər haqqında məlumat verəcəyik".