Əfqan qaçqınlara Böyük Britaniyada sığınacaq verilməyəcək. Bu barədə Britaniyanın “Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti əfqan qaçqınların məskunlaşma ilə bağlı müraciətlərini rədd etmək niyyətindədir. Söhbət həm də Pakistan hakimiyyəti ilə Əfqanıstanda Taliban hökuməti arasında münaqişə səbəbindən təqib olunduğu iddia edilən və Pakistanı tərk etmək istəyən insanlardan gedir.
"Donald Trampın ABŞ-a miqrantların bütün uçuşlarını əngəlləməsindən sonra Britaniya qapalı vəziyyətdə qalan yüzlərlə əfqan qaçqını öz ərazisində yerləşdirməyi dayandırıb.ABŞ-a getməsinə icazəsi olan 1500-dən çox qaçqın Talibanın hakimiyyətə qayıdışından sonra Pakistanda naməlum durumda qalıb. Onlar İslamabad ilə Əfqanıstanın Taliban hökuməti arasında gərginliyin artması ilə əlaqədar təqiblərlə üzləşdikləri üçün Pakistanı tərk etmək məcburiyyətində qaldıqlarını deyirlər. Bu səbəbdən İngiltərədən qapılarını açmağı xahiş ediblər.", - nəşr yazıb.
2024-cü ilin sonunda Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlamışdı. Əfqanıstan Müdafiə Nazirliyi ölkə ordusunun “düşmən qüvvələrin və onların havadarlarının mərkəzlərinə və sığınacaqlarına” hücum etdiyini bildirib. Həmçinin vurğulanıb ki, zərbələr Pakistanla sərhəddən kənarda da endirilib.
Tural