Konqo Demokratik Respublikasının üsyançıların nəzarətində olan Qoma şəhərində həbsxanadan kütləvi məhbus qaçışı hadisəsi baş verib. Bu barədə xarici KİV məlumat yayıb.
AFP agentliyinin mənbəsinin sözlərinə görə, 3000-ə yaxın məhbusun yerləşdiyi həbsxana “tamamilə yandırılıb”. Mənbə iddia edib ki, bəzi insanları xilas etmək mümkün olmayıb. Hadisə şahidləri şəhər küçələrində məhbusların qaçdığını gördüklərini qeyd ediblər.
Konqo radiosu Okapi, mənbəsinə istinadən xəbər verib ki, ən azı 4400 nəfər həbsxanadan qaçıb. Bu isə demək olar ki, orada saxlanılan məhbusların hamısı deməkdir. Yanğın nəticəsində əksəriyyəti qadın olmaqla on nəfərə yaxın insan, həmçinin anası ilə birlikdə olan yeni doğulmuş körpə ölümcül xəsarət alıb.
Tural