Avstraliyanın Tazmanya adasında 150-dən çox balinanın sahilə vurduğu bildirilib.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hazırda təxminən 90 balina sağdır, lakin onların dənizə qaytarılıb-qaytarılmayacağı qiymətləndirilir.
Sahil xəttinin əlçatmaz olması və okean şəraiti səbəbindən balinaların dənizə qaytarılmasının çətin olduğu bildirilir.
Niyə sahilə vurduqları məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam edir.