Bakının bu ərazisində qaz olmayacaq

Bakının bu ərazisində qaz olmayacaq
27 May 2025 09:10

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

"İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq".


Sizin reklam burada
Sizin reklam burada