Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyan ölkəsindəki xaos barədə diqqət çəkən fikirlər səsləndirib. O, savadsız məmurların ucbatından sosial böhranın dərinləşdiyini yazıb: "Uşaq ölümü, qəzalar, avtomobil qəzaları, qətllər və intiharlar xeyli artıb? Təxminən 5 il əvvəl Ermənistanın cəhənnəmə çevrildiyini yazmışdım. Bu, qorxu filminə bənzəyir: nə qədər uzun çəkirsə, hər şey bir o qədər dəhşətli olur. Təzəliklə Armavir Tibb Mərkəzində 10 aylıq körpə dünyasını dəyişdi.
Valideynlər həkimləri günahlandırırlar. Ermənistanın bütün sahələrində idarə olunan xaos hökm sürür. Nə rəhbər, nə də proseslərə nəzarət dən var. Hakim partiyadan olan hökumət nümayəndələri dövlət büdcəsini israf edir, xaricdən yeni böyük kreditlər götürür. İsrafçılığa yol verirlər, amma dövlət idarəçiliyini həyata keçirmirlər. Onlar istəsələr belə, dövləti idarə edə bilməyəcəklər. 7 il eyni sinifdə qalanlar ölkəni necə idarə edə bilər axı? Belə fikir var ki, onların bəziləri heç birinci sinfi də normal bitirməyiblər, hərfləri çətinliklə öyrəniblər”.
Tural