Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.
News365.az xəbər verir ki, bu barədə Report-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:
"İclasda 100-dən çox müraciətə baxılıb".
***
"Tərəfimizdən təqdim olunan siyahıda adı olan insanların əfv sərəncamına düşməsi üçün əlimizdən gələni edirik".
News365.az xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, artıq siyahının Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim edildiyini xatırladıb:
"Novruz bayramında əfv sərəncamını gözləyirik. Bu gün komissiyanın ikinci iclası keçiriləcək. Siyahımızı artıq təqdim etmişik. Siyahıda təxminən 40-a yaxın ad var. Onların arasında OMON-çular (Xüsusi Təyinatlı Polis Dəstəsi), jurnalistlər, blogerlər, Nardaran məsələsi ilə bağlı həbs olunan və s. yer alır. Nardaran prosesi ilə bağlı həbs olunanların həbs müddəti başa çatmaq üzrədir. Bəzilərinin azadlığa çıxmasına iki ilə yaxın vaxtı qalır”.
"Biz hamını müdafiə edirik. Sadə insanların hüquqlarını daha çox qoruyuruq. Əfv sərəncamında həmişə sadə insanların adları olur", deyə hüquq müdafiəçisi bildirib.