İsraillə İran arasındakı gərginlik fonunda hava məkanını bağlayıb yenidən açan İordaniya qərarını dəyişib.
Bu barədə informasiyanı rəsmi “Petra” xəbər agentliyi yayıb. Bildirilir ki, ölkənin hava məkanı qeyri-müəyyən müddətə bütün növ hava gəmiləri üçün qapalıdır.
İyunun 14-də hava məkanlarını yenidən açdıqlarını elan edən Suriya və İraq da dünən axşam yeni İsrail-İran silahlı qarşıdurması fonunda hava məkanlarını yenidən bağlayıb.
Bu barədə adı çəkilən ölkələrin aviasiya qurumları məlumat yayıb.