2025-ci ilin ilk həftəsində Qəzzada öldürülən uşaqların sayı açıqlanıb.
News365.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bildirib.
Məlumata görə, 2025-ci ilin ilk 7 günündə Qəzzada ən azı 74 uşaq öldürülüb.
Açıqlamada soyuqdan dünyasını dəyişən körpələrlə bağlı da məlumat verilib:
"26 dekabrdan indiyədək bədən istiliyini tənzimləyə bilməyən azyaşlı uşaqlar üçün ciddi təhlükə olan hipotermiya səbəbindən 8 yeni doğulmuş körpə dünyasını dəyişib".