2025-ci ildə SİMA Access binalara girişdə tətbiq olunacaq

2025-ci ildə SİMA Access binalara girişdə tətbiq olunacaq
10:44

AzInTelecom-un hazırladığı SİMA Access xidməti bu il sınaqdan keçirilib.

News365.az xəbər verir ki, bu barədə jurnalistlərə "AzInTelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə" tədbirində məlumat verilib.

Qeyd olunub ki, bu həll vasitəsilə istifadəçilər biometrik üsullarla binalara sürətli və təhlükəsiz giriş əldə edəcəklər.

Məlumata görə, yeni texnologiya dövlət qurumları və özəl müəssisələrdə təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, rəqəmsal identifikasiya mexanizmlərinin gündəlik həyatın müxtəlif sahələrində istifadəsinə geniş imkanlar yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada