200 növ heyvan saxlanılan zoopark yandı - VİDEO

200 növ heyvan saxlanılan zoopark yandı  - VİDEO
16 Apr 2024 15:07

Krımda ekzotik heyvanların olduğu "Tropik Park" zooparkı gecə saatlarında yanıb.News365.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Rusiya Fövqəladə Hallar  Nazirliyinin mətbuat xidməti qeyd edib ki, zooparkda yanğın səhər saat üçdə başlayıb. Yanğın sahəsi 600 kvadratmetrdən çox olub.

Xilasedicilər bir qadın və iki ayını yanğından çıxara biliblər. Zooparkda primatlar, sürünənlər, suda-quruda yaşayanlar, müxtəlif növ həşərat və gəmiricilər, nadir quşların 200-dən çox növü nümayiş etdirilib. Mütəxəssislər yanğının səbəbini müəyyənləşdirirlər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər