Gəncədə 17 yaşlı oğlan qəfil ölüb.
News365.az xəbər verir ki, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanaların birinə çatdırılıb.
Xəstəxanada müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, yeniyetmənin hazırlıqda olarkən halı pisləşib. Onun epilepsiya tutması keçirdiyi ehtimal olunur.