HƏMAS ABŞ-nin atəşkəs təklifini qəbul edə bilər

HƏMAS ABŞ-nin atəşkəs təklifini qəbul edə bilər
31 May 2025 16:50

HƏMAS hərəkatı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı yeni təklifini qəbul etməyə hazırdır, lakin bunun üçün bir sıra şərt və tələblər irəli sürür.

News365.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, təşkilat Qəzzada saxlanılan israilli girovların azad olunması prosesinin 60 gün ərzində və kiçik qruplarla aparılmasını istəyir. Halbuki əvvəlki təklifdə onların 2 gün ərzində tam şəkildə azad olunması nəzərdə tutulurdu.

Bundan əlavə, HƏMAS ABŞ-dən İsrailin gələcək razılaşmalara əməl edəcəyinə dair real təminatlar tələb edir.

Hərəkat hesab edir ki, Uitkoffun mövcud təklifi İsrailə müharibəni istənilən vaxt yenidən başlamaq üçün geniş manevr imkanı verir və bu, atəşkəsin davamlı olmasına ciddi təhlükə yaradır.

İsrail tərəfi hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.


Sizin reklam burada
Sizin reklam burada