İran və İsrail arasında başlanan hərbi münaqişə günlərində, hər iki ölkənin agent axtarışı başlanıb və həbslər davam edir.
Hətta bir dəfə İranın keçmiş prezidenti
Mahmud Ahmedinejadın bir müsahibəsi rastıma çıxmışdı, orda deyirdi ki, biz İranda anti İsrail mərkəzi yaratdıq, ora rəhbər təyin etdik, sonra məlum oldu ki, o da İsrail agenti imiş.
Dünya tarixində agentlərin sonradan izlərini itirməsi barədə maraqlı faktlar var. Onlardan biri də "Pulyomotçu Tonka" ləqəbi ilə tanınan Antonina Makarovadır
Sovet cəbhəsində tibb bacısı olan Antonina Makarova 1941-ci ildə könüllü olaraq alman ordusuna qoşularaq əməkdaşlığa başlayır.
Almanlara aid düşərgə və konslagerlərdə 1500-ə yaxın əsir bu qadının qurbanı olub.
Müharibənin sonunda o, sənədləri saxtalaşdıraraq sovet hərbçisi ilə evlənir və və Moskvaya keçir. Fabrikdə işləyir( mənbə belə yazır )
1978-ci ilə qədər saxta sənədlə Moskvada gizlənə bilir. Nəhayət, onun şəxsiyyəti ilə bağlı həqiqət üzə çıxanda qadın ölümə məhkum edilir.