Araqçı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir

Araqçı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir
12:40

İran Pakistan və Hindistan arasında gərginliyin azalmasını istəyir.

News365.az İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi İslamabada rəsmi səfəri zamanı bildirib.

O, Pakistan və Hindistanı təmkinli olmağa çağırıb.

"İranın Pakistanla, eləcə də Hindistan da daxil olmaqla regionun digər ölkələri ilə münasibətləri böyük əhəmiyyət kəsb edir", - nazir vurğulayıb.

Qeyd edək ki, A.Əraqçinin mayın 8-də Hindistana səfəri planlaşdırılıb.



Sizin reklam burada
Sizin reklam burada