“Rəvan Sığorta” ASC-nin (Ləğv prosesindədir) vergi borcu 1 270 483 AZN-ə çatıb.
News365.az-ın xəbərinə görə, ASC xeyli müddətdir, dövlətin borcunu ödəmir.
“Rəvan Sığorta”nın qanuni təmsilçisi Fərhad Faiq oğlu Aslanovdur. "Rəvan Sığorta” ASC-nin səhmlərinin 49,1 faizi "Nurgun Group of Companies"ə, 42,36 faizi "Nurgun Motors" MMC-yə, 8,54 faizi isə "NBC Bank"a məxsusdur. Şirkət tanınmış iş adamı Nuru Əliyevə məxsusdur.