FHN-in ötən həftəki fəaliyyəti: 43 nəfər xilas edilib, 654 yanğına müdaxilə olunub

FHN-in ötən həftəki fəaliyyəti: 43 nəfər xilas edilib, 654 yanğına müdaxilə olunub
02 İyn 2025 10:01

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 654 yanğına çıxış, 42 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada