Ukraynada başlayan hərbi əməliyyatların bütün dövrü ərzində Ukrayna Silahlı Qüvvələri (VSU) 100 minə yaxın əsgərini geri qaytarılmaz şəkildə itirib. Bunu Ukrayna lideri Vladimir Zelenski CBS News telekanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibəsində deyib.
“İtkilər 100 min hərbçidən ibarətdir”, - dövlət başçısı bildirib.
O, cəbhədən qayıtmayan əsgərlərin (itkin və s.) dəqiq sayını açıqlamayıb.
Aprelin 2-də Rusiya mediası Müdafiə Nazirliyinin məlumatlarına istinadən yazmışdı ki, təkcə 2025-ci il yanvarın 1-dən Ukrayna Silahlı Qüvvələri 138 mindən çox hərbçini itirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural