Zəngəzur bölgəsində İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra radiasiya səviyyəsi ölçülüb.
News365.az xəbər verir ki, bu barədə Ermənistanın Nüvə və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzi məlumat yayıb. Yoxlamalar zamanı Ermənistanın cənubunda heç bir dəyişiklik qeydə alınmayıb.
Qeyd edək ki, İyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Tehran, Təbriz, Kirmanşah, İsfahan və Natanzdakı nüvə hədəflərinə zərbələr endirib.
Zərbələrdən sonra radioloji və kimyəvi çirklənmə qeydə alınıb.