Zelenski istefa verən generalın yerinə onu təyin edib

Zelenski istefa verən generalın yerinə onu təyin edib
19 İyn 2025 23:15

Gennadi Şapovalov Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yeni komandanı təyin edilib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Xatırladaq ki, Quru Qoşunlarına Mixail Drapatıy komandanlıq edirdi. O, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətindəki təlim bölməsinə hücum nəticəsində 12 hərbçinin həlak olması, 60-dan çoxunun yaralanması ilə əlaqədar istefa verib.

Briqada generalı Gennadi Şapovalov “Cənub” operativ komandanlığına rəhbərlik edirdi.


Sizin reklam burada
Sizin reklam burada