Ana südünün
faydası haqqında çox danışılıb, çox deyilib. Lakin yeni nəsil bu deyilənləri
qulaq ardına vuraraq körpələrinə ana südü vermirlər. Bununla da öz prinsiplərini
körpələrindən üstün tuturlar.
Bununla belə
dünya yenə də ana südünün faydasından danışır. Və hətta 1-7 avqust tarixlərində
Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Bununla da bütün diqqtələri ana südünə
yonəltmək istəyirlər.
Mövzu ilə
bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyir ki, sna
südünün faydaları haqqında kifayət qədər deyilib və yazılıb:
“Vaxtınızı
almadan qısaca deyim-əgər övladınızın sağlam böyüməsini istəyirsinizsə, ona mütləq
ana südü verin. Südünüz varsa, heç bir süni qarışıqdan istifadə etməyin. Südünüz
varsa, sizə süni qidalar təklif edən həkimin qapısını birdəfəlik çırpın”
News365.az