“Zelenski ilə görüş, təbii ki, olmalıdır və bəlkə də olacaq, amma hazırda onun gündəmində bu görüşün baş tutacağını düşünmürəm. Təbii ki, görüş zamanı müzakirə olunacaq məqamlardan biri də həmin məsələlər ola bilər. Xüsusilə sərvətlərlə bağlı məsələlər və Amerika ilə hər hansı bir iqtisadi və ya təhlükəsizlik sahəsində razılaşmanın əldə olunması mümkündür. Lakin əsas məsələ Ukraynanın təhlükəsizlik təminatları ilə bağlıdır.”
Politoloq Azad Məsiyev bunu News365.az-a açıqlamasında deyib.
“Əsas qərarın verilməsi və mövqeyin açıq şəkildə ortaya qoyulması Zelenski tərəfindən aydın şəkildə bəyan edilir. Bütün bunları nəzərə alaraq, sırf iqtisadi baxımdan Ukrayna ilə hər hansı bir sazişin imzalanacağını gözləyirəm və düşünürəm ki, Zelenski bu sənədə imza atacaq.
Xüsusilə nadir torpaq elementləri və minerallar üzrə iqtisadi tərəfdaşlıq sazişi layihəsi müzakirə olunur. Bununla yanaşı, tərəflər Ukraynanın yenidən qurulması məqsədilə bir neçə investisiya fondunun yaradılmasını planlaşdırırlar.”