Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan hissəsinə səfər edib.
News365.az xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi “Telegram” kanalında məlumat yayıb.
Zelenski səfər çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə görüşərək onlara təşəkkürünü bildirib, dövlət mükafatları təqdim edib.
Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə Krasnoarmeysk yaxınlığında aparılan əməliyyatların gedişi və cəbhədəki ümumi vəziyyət barədə məruzəni dinləyib.
News365.az