Prezident İlham Əliyev: “Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”
Azərbaycan dövlətinin və xalqının şəhidlərə
olan ehtiramı, müxtəlif abidələrin və memorial komplekslərin inşa edilməsi ilə
görünür. Bu abidələr, həmçinin şəhidlərin ailələrinə və yaxınlarına daimi
diqqət və qayğının bir göstəricisidir. Hər il şəhidlərimizin xatirəsini anmaq
və onların ruhunu yad etmək üçün müxtəlif tədbirlər keçirilir. Bakıda yeni
açılan Zəfər Parkı şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib.
Zəfər parkı, Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş bir
abidə kompleksidir. Bu parkda şəhidlərin qəhrəmanlıqları və müharibədə
verdikləri fədakarlıqlar simvolizə olunur. Parkın hər bir guşəsi,
şəhidlərimizin və qazilərimizin ruhunu əbədiləşdirməklə yanaşı, gələcək
nəsillərə vətənpərvərlik və mübarizə əzmi barədə mühüm dərslər verir.
Şəhidlərimizin adları, onların həyatları və müharibə zamanı göstərdikləri
qəhrəmanlıqlar parkda yerləşən abidələr vasitəsilə gələcək nəsillərə tanıdılır.
Bu abidə, 44 günlük müharibədə qəhrəmancasına həyatını itirən Azərbaycan
hərbçilərinin şücaətini təmsil edir. Abidə, xalqın və dövlətin şəhidlərə olan
ehtiramını və minətdarlığını ifadə edir. Zəfər parkının açılması
vətənpərvərliyin təbliğində çox mühüm bir rol oynayır. Park, yalnız bir
istirahət məkanı olmaqla kifayətlənmir,
həm də Azərbaycanın müasir tarixindəki ən əhəmiyyətli və simvolik
hadisələri – xüsusilə 2020-ci ilin Vətən Müharibəsi nəticəsində qazandığı
zəfəri yaşatmaq və təbliğ etmək məqsədini daşıyır. Zəfər Parkının açılışı,
vətənpərvərlik hissinin gücləndirilməsi və Azərbaycan xalqının milli birliyinin
təbliği baxımından mühüm bir addımdır.
Zəfər parkı
sadəcə müharibə ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda göstərilən mübarizənin rəmzidir. Parkda yerləşən abidələr və
ekspozisiyalar vasitəsilə gənclərə vətənpərvərlik ruhunun nə qədər dəyərli
olduğu, hər bir vətəndaşın öz torpağına, millətinə necə xidmət etməli olduğu
barədə mesajlar verilir. Həmçinin, gələcəckdə parkda təşkil olunacaq sərgilər
və tədbirlər, Azərbaycanda gənclərin milli dəyərləri qəbul etməsini, vətənə
olan bağlılıqlarını gücləndirəcək.
Zəfər parkı
2020-ci ilin 44 günlük müharibəsində əldə edilən möhtəşəm zəfəri simvolizə
edir. Zəfər Parkının açılışı, həm də şəhidlərin və qazilərin xidmətlərinin,
onların mübarizəsinin yad edilməsi, gələcək nəsillərə bu qəhrəmanlıqların
ötürülməsi baxımından çox önəmli bir mərasim idi. Zəfər Parkının açılışında
Prezident İlham Əliyev iştirak edərək, Azərbaycanın Qarabağ müharibəsindəki
qələbəsini qeyd edib və həmin qələbənin, Azərbaycanın ərazi bütövlüyünü bərpa
etməklə yanaşı, xalqın gücünü və iradəsini bütün dünyaya göstərdiyini
vurğulayıb. Prezident çıxışında, həmçinin şəhidlərimizin və qazilərimizin
xidmətlərini yad edib və bu parkın onların xatirəsinə həsr olunduğunu bildirib.
Dövlətimizin başçsı Zəfər parkının əhəmiyyətini və onun Azərbaycanın
müstəqilliyinə, ərazi bütövlüyünə verdiyi töhfəni vurğulayıb: “Bu gün Zəfər
Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl
Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun
aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə
Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl
yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz
artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm
müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir,
sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox
önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi
olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər
dövlət kimi yaşayacaqdır”.
Bu zəfər,
yalnız ordunun qələbəsi deyil, eyni zamanda Azərbaycan xalqının birlik və
həmrəyliyinin bir nümunəsidir. Zəfər parkı, xalqın bu birliyini və
mübarizliyini gələcək nəsillərə çatdırmaq üçün yaradılmış bir məkandır. Parkda
keçirilən tədbirlər, konsertlər, sərgilər və anım mərasimləri vətənpərvərlik
ruhunun yayılmasına və xalqın bu qələbəyə olan bağlılığının əbədiləşdirilməsinə
xidmət ediəcək.
Ali Baş
Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın bu zəfərindən sonra
beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndiyini və ölkənin dünya miqyasında
önəmli bir güc mərkəzinə çevrildiyini vurğuladı. O, həmçinin, Ermənistanın
Qarabağdakı işğalına son qoyulmasının və regionda sülhün bərpa olunmasının Azərbaycanın
strateji üstünlüyünü artırdığını qeyd etdi: “Biz indi quruculuq işləri ilə
məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun
arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan
edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat
addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və
bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır
olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək
üçün hazır vəziyyətdədir”.
Ümumilikdə,
Prezident İlham Əliyevin Zəfər Parkının açılışında etdiyi müraciət, yalnız bir
parkın açılışı ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyinin, ərazi
bütövlüyünün və gücünün rəmzi olan, xalqın iradəsini və qələbəsini simvolizə
edən bir çıxış idi. O, xalqı bir daha mübarizəyə və gələcəyə ümidlə baxmağa
çağırdı, bu zəfərin hər bir azərbaycanlı üçün əziz olduğunu və bu zəfərin daim
yaşadılacağını bəyan edib.
Zəfər Parkı,
müharibənin və vətəndaş müharibələrinin gətirdiyi ağrılı nəticələrə qarşı
sülhün və təhlükəsizliyin əhəmiyyətini də təbliğ edir. Parkın simvolik
məkanları, müharibənin şiddətini və faciələrini göstərməklə yanaşı, eyni
zamanda sülh və ədalətin vacibliyini vurğulayan bir mesaj da verir. Burada
ziyarətçilər həm Azərbaycanın şanlı tarixini, həm də müharibədən sonra bölgədə
bərpa olunmuş sülhün əhəmiyyətini daha yaxşı başa düşürlər.
Zəfər parkı
yalnız şəhidlərin xatirəsini əbədiləşdirmək üçün deyil, eyni zamanda Azərbaycan
xalqının birlik və iradəsini, müstəqillik uğrunda mübarizənin və torpaqların
işğaldan azad edilməsinin simvoludr. Vətən müharibəsində şəhid olanların
xatirəsi bu abidə vasitəsilə yaşadılır və gələcək nəsillərə vətənpərvərlik,
qəhrəmanlıq və mübarizənin əhəmiyyəti təbliğ edilir. Bu park, həm də
Azərbaycanın gələcək nəsillərinin öz milli kimliklərini və dəyərlərini qoruyub
saxlamağa təşviq edən bir yerə çevrilir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri