ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Ədliyyə Departamentinin rəhbəri və Baş Prokurorluq vəzifəsinə namizədliyi irəli sürülən konqresmen Met Qaetz maraqlı bir məsələ ilə gündəmə gəlib. O, bəyan edib ki, Ukraynanın Krımın Rusiyadan geri alması ilə bağlı məqsədlərini qeyri-mümkün hadisə adlandırıb.
Bu barədə məlumat yayan Rusiya mediası xatırladıb ki, hələ 2024-cü ilin aprelində Pentaqon rəsmilərinin iştirakı ilə Nümayəndələr Palatasının komitəsində dinləmələr zamanı Qaetz hərbi qurumun rəhbərinin köməkçisindən demokratların Moskvanın “strateji məğlubiyyəti” üçün hansı şərtləri təklif etdiklərini soruşub.
O, bura “Krımın Rusiyadan qoparılması”nın aid olub-olmadığını soruşub. Eyni zamanda, Qaetz əlavə edib ki, yarımada heç vaxt Rusiyanın tərkibindən çıxmayacaq. Ona görə də Ukrayna üçün belə bir məqsədin “əlçatmaz” olduğunu etiraf etmək lazımdır.
Tural