"Rusiyanın səylərini dəstəkləyirik!" -İran XİN

"Rusiyanın səylərini dəstəkləyirik!" -İran XİN
10:45

"İran Rusiyanın və digər ölkələrin İsraili, onun Livandakı əməliyyatlarını dayandırmaq səylərini dəstəkləyir". Bunu Rusiya mediasına açıqlamasında İran xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı deyib.

“Biz atəşkəsin yaradılmasına yardım edəcək istənilən qərarı və istənilən addımı alqışlayırıq. İstər Rusiya olsun, istər başqa bir tərəf... Biz bu cür səyləri dəstəkləyirik”, - Hacı qeyd edib.

Diplomat bildirib ki, Livan məsələsi ilə bağlı Rusiya tərəfi ilə bütün mövzular üzrə məsləhətləşmələr davam edir: "Bu mövzuda heç bir məsələ istisna edilmir”.

Onun fikrincə, İsrail həqiqətən də Livanda sülh istəmir, bunu İsrail rəsmilərinin açıqladığı bəyanatlar da göstərir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər