"Biz Bakı şəhərinin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının keçirilmə
yeri kimi seçilməsini çox yüksək qiymətləndiririk. Dünya ictimaiyyətinin seçimi
Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfənin tanınması və çox çətin
danışıqlar prosesində COP29-un sədri kimi Azərbaycanın bizə qarşıya qoyulmuş
planda irəliləməyə imkan verəcək sıçrayışlı həllər tapa biləcəyinə ümid etməkdir.
Biz iqlimin maliyyələşdirilməsi məsələlərini nəzərdən keçirməliyik və bu,
hazırkı danışıqlar prosesində çox mürəkkəb, bəlkə də əsas məsələdir”.
News365.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf
Mühitin Mühafizəsi Komitəsinin sədri Dmitri Kobılkin deyib. O hesab edir ki, konsensusa
gəlmək asan olmayacaq:
“Biz bilirik ki, hər birinin iqlim
probleminə öz maraqlı yanaşması olan müxtəlif ölkə qrupları arasında həll
yollarını tapmaq üçün böyük və çətin vəzifə var, lakin biz əminik ki, Azərbaycan
bu missiyanın öhdəsindən gələcək və bütün qəlbimizlə uğurlar arzulayıram! Əlavə
olaraq qeyd etmək istərdim ki, Azərbaycan öz qonaqpərvərliyi ilə seçilən gözəl
insanların ecazkar diyarıdır. Və buna görə də atmosferin özü uğura kömək edəcək!”
News365.az