Zaxarova: UNESCO-nun jurnalistin qətlinə susması onun nüfuzunu sarsıdır

Zaxarova:  UNESCO-nun jurnalistin qətlinə susması onun nüfuzunu sarsıdır
24 Apr 2024 10:17

“İzvestiya”nın hərbi müxbiri Semyon Yeryominin Kiyev rejimi tərəfindən öldürülməsi ilə bağlı UNESKO rəhbərliyinin susması təşkilatın nüfuzunu sarsıdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

"Dünən ölkəmizin UNESKO-ya daxil olmasının 70 illiyi təntənəli şəkildə qeyd olundu. Madam Audre Azuley, yəqin ki, kədərli bir mövzu ilə yubileyin ab-havasını pozmaqdan utanıb", - Rusiya rəsmisi UNESKO rəhbərinə kinayəli şəkildə söz atıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər