ABŞ və İran arasında danışıqların növbəti raundu may ayının sonunda, həcc ziyarətinin əsas ayinləri başa çatdıqdan sonra Pakistanda baş tutacaq.
News365.az "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, danışıqların növbəti raundu İslamabadda keçiriləcək.
Məlumata görə, Pakistan nümayəndəsinin cümə axşamı İrana səfər edəcəyi gözlənilir. Səfərin məqsədi yekun saziş layihəsi üzərində işlərin tamamlandığını rəsmən elan etməkdir.