Sudanda 2025-ci ilin oktyabrında baş vermiş hücumlarla bağlı sənədli film yayımlanıb.
News365.az xəbər verir ki, filmdə bildirilir ki, paramilitar RSF qüvvələri şəhərə nəzarəti ələ keçirərkən dinc sakinləri qətlə yetirib və hadisələri videoya çəkib.
BMT-nin məlumatına görə, bir neçə gün ərzində minlərlə insan öldürülüb.
Sənədli filmdə yüzlərlə video təhlil edilib, kütləvi qətllər zamanı hadisə yerində olmuş yüksək rütbəli komandirlərin kimliyi müəyyənləşdirilib.