Türkiyədə həbsdə mühakimə olunan Mehmet Akif Ersoy barəsində ittiham aktı hazırlanıb.
News365.az xəbər verir ki, ittiham aktında onun 11 epizod üzrə ağırlaşdırılmış cinsi zorakılıq, cinayətkar təşkilat yaratma və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirildiyi bildirilib.
Türkiyə KİV-in məlumatına görə, sənəd istintaq materialları əsasında hazırlanaraq məhkəməyə göndərilib.
Faktla bağlı araşdırma davam edir.