Yunanıstanda zəlzələ təşvişi: Daha bir adada fövqəladə vəziyyət elan edildi

Yunanıstanda zəlzələ təşvişi: Daha bir adada fövqəladə vəziyyət elan edildi
15 Fev 2025 14:50

Egey dənizində son həftələrdə intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.

Bu barədə Yunanıstanın ERT Dövlət Televiziyası məlumat verib.

Məlumata görə, Yunanıstan Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiunun qərarı ilə Niyoz adası da fövqəladə vəziyyət elan edilən bölgələr sırasına daxil edilib. Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi. Seysmik aktivlik təhlükəsinə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil fevralın 17-dək ertələnib.


Sizin reklam burada
Sizin reklam burada