Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
News365.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.