Yol vergisi daxilolmaları proqnozu 7 % üstələdi

Yol vergisi daxilolmaları proqnozu 7 % üstələdi
27 May 2025 14:37

2024-cü ildə Azərbaycanda yol vergisi üzrə daxilolmalar 127,4 milyon manat proqnoza qarşı icra 135,9 milyon manat (8,5 milyon manat və yaxud 6,7 % çox) icra olunub. 

News365.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir. 

Məlumata görə, ölkə daxilində tətbiq edilən yol vergisi üzrə 90,4 milyon manat proqnoza qarşı icra 91,5 milyon manat və ya 1,1 milyon manat (1,2 %) çox olub. 2023-cü illə müqayisədə isə 3 milyon manat və ya 3,2 % azalma olub ki, bu da ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqədardır. 

Azərbaycanın ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə 44,4 milyon manat daxilolma olub ki, bu proqnozdan 7,4 milyon manat və ya 20 %, 2023-cü illə müqayisədə isə 1,6 milyon manat 3,7 % çoxdur. Daxilolmaların proqnozdan artıq icra olunmasına Yanacaq Enerji Balansına (YEB) əsasən idxal olunan avtomobil benzininin həcminin proqnozlaşdırılandan çox təşkil etməsi ilə bağlı olub. Belə ki, Azərbaycanın ərazisinə idxal olunan Aİ-92 markalı benzin üzrə nəzərdə tutulandan 52,2 % və ya 87,8 min ton, Aİ-95 markalı benzin üzrə isə 5,6 % və ya 7,4 min ton çox təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada