Baş Prokurorluq Cəlilabadda qardaşının iki övladını baltalmaqda təqsirləndirilərək saxlanılan Əli Nağıyevin ölümü ilə bağlı araşdırmalara başlayıb.
News365.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan Oxu.az-a bildirilib.
Qeyd olunub ki, qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Əli Hüseynbala oǧlu Naǧıyevin ölüm faktı da araşdırılır.
Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək.