İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmiləri ilə danışıqlardan sonra İslamabaddan ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.
Bildirilib ki, Əraqçi ölkənin Baş nazir Şahbaz Şərif və Pakistan ordusu komandanlığının nümayəndələri ilə görüşlərdən sonra İslamabaddan ayrılıb.
Qeyd edək ki, Əraqçi ilə Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir arasında görüş keçirilib.