Yeni il üçün otel qiymətləri məlum oldu – Azərbaycan üzrə siyahı

Yeni il üçün otel qiymətləri məlum oldu – Azərbaycan üzrə siyahı
11 Dek 2025 10:02

Yeni ili ölkə daxilində qarşılamaq istəyənlər üçün otellər artıq xüsusi paketlərini açıqlayıb. Qiymətlər regiondan və təqdim olunan xidmətlərdən asılı olaraq dəyişir.

News365.az bir neçə məşhur istirahət mərkəzinin 31 dekabr – 2 yanvar tarixləri üzrə qiymətlərini təqdim edir:

1. “Lankaran Springs” (Lənkəran) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və digər xidmətlər 2 nəfər üçün 1500 AZN;

2. “Qafqaz Riverside” (Qəbələ) - 2 gecə 3 gün, səhər–axşam qidalanma və digər xidmətlər 1595 AZN;

3. “Shamakhi Palace” (Şamaxı) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və digər xidmətlər 1980 AZN;

4. “Quba Palace” (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və digər xidmətlər 1900–2400 AZN;

5. “Macara Lake Park” (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və digər xidmətlər 1590–2150 AZN;

6. “Marxal Resort & Spa” (Şəki) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və digər xidmətlər 840–1960 AZN;

7. “Basqal Resort & Spa” (İsmayıllı) – 2 gecə 3 gün, səhər–axşam yeməyi və digər xidmətlər 1860–2000 AZN.


Sizin reklam burada
Sizin reklam burada