Xəbər verildiyi kimi Xalq artisti Arif Babayev bu səhər saatlarında dünyasını dəyişib.
News365.az xəbər verir ki, mərhum sənətkarın nəşi hazırda Təzəpir Məscidindədir.
Xalq artistinin yaxınları, bir sıra rəsmilər və tanınmışlar da Təzəpir Məscidinə gəliblər.
Onun nəşi Təzəpir məscidindən Beynəlxalq Muğam Mərkəzinə aparılacaq.
Orada Xalq artisti ilə vida mərasimi keçiriləcək. Daha sonra dəfn üçün I Fəxri xiyabana aparılacaq.