Yaponiyanın cənubunda, Oita sahil şəhərində güclü yanğın baş verib və 170-dən çox bina zərər görüb.
News365.az xəbər verir ki, məlumatı ölkənin ictimai yayımı “NHK” yayıb. Yanğın hələ də tam olaraq söndürülməyib və meşə ərazilərində alov geniş yayılıb. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, hadisənin nəzarətə alınması çətinləşir.
Hadisə nəticəsində bir qoca itkin düşüb, 100-dən çox sakin isə təhlükəsizlik məqsədilə təxliyə edilib. Çərşənbə axşamı gecəsi çəkilmiş videolarda yanğınsöndürənlərin evləri alovdan qorumağa çalışdıqları və insanların təxliyə mərkəzlərinə aparıldığı əks olunub.
News365.az